Təyyarəyə çatmaq üçün  ekskavator   oğurladı
31 may 2023 01:04 (UTC +04:00)

Təyyarəyə çatmaq üçün ekskavator oğurladı

0

Amerikanın İllinoys ştatının Karbondeyl şəhərinin sakini uçuşa yetişmək ümidi ilə ekskavator oğurlayıb və onunla 16 kilometr yol qət edib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, İllinoys ştatının cənubundakı hava limanının əməkdaşları dayanacaqda ekskavator tapdıqdan sonra polisə müraciət ediblər. Nəqliyyat vasitəsinin sahibi təsdiqləyib ki, avtomobil onun şirkətinə məxsusdur və əvvəlcə hava limanından təxminən 16 kilometr aralıda tikinti sahəsinin yaxınlığında dayanıb.

İstintaqa məlum olub ki, Timoti Baqqot bir ekskavator oğurlayıb və onunla hava limanına gedib. O, İllinoysdan Oreqon ştatının Portlend şəhərinə uçub. Müşahidə kameralarının görüntülərində amerikalının oğurlanmış eksvatoru hava limanının dayanacağında necə saxladığı və əlində gitara qutusu ilə terminala necə girdiyi görünür.

Polis Nevada ştatında kişini maşın qaçırma ittihamı ilə həbs etsə də, tezliklə onu sərbəst buraxıb. Ertəsi gün hüquq-mühafizə orqanlarının əməkdaşları Baqqotu “daha bir oğurlanmış avtomobilə sahib olmaq” ittihamı ilə yenidən həbs ediblər. İndi amerikalı Elko dairəsinin həbsxanasındadır, onun azadlığa buraxılması üçün ödəniləcək girov 40 min dollardır.

Uilyamson dairəsinin baş prokuroru rəsmi olaraq Baqqotu dəyəri 10.000 dollardan çox olan oğurluqda ittiham edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1041

Oxşar yazılar