Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl Hindistanın Əhmədabad hava limanı yaxınlığında sərnişin təyyarəsi yaşayış məntəqəsinə çırpılıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, "Boeing 787" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 274 nəfərə çatıb.
Bildirilir ki, ölənlər arasında təkcə təyyarənin sərnişinləri deyil, həm də qəzanın olduğu ərazidəki insanlardır.
Qeyd edək ki,Əhmədabad - London marşrutu üzrə uçurdu. Lakin havaya qalxdıqdan az sonra o, tibb tələbələrinin yataqxanasının üzərinə düşüb. Təyyarədə ümumilikdə 242 nəfər olub və onlardan yalnız biri sağ qalıb.