Tərtərdə maşın qadını vurub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə iyunun 16-da saat 2 radələrində Tərtər rayonunun Seydimli kəndi ərazisində baş verib. Kəlbəcər rayon sakini A.Xıdırov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən rayon sakini Y.Bayramovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Tərtər rayon Polis Şöbəsində araşdırma aparılır.