Sumqayıtda tək yaşayan kişi dəm qazından boğulub.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Fərdi yaşayış evində tək yaşayan 73 yaşlı Əzimov Xandadaş Səttar oğlu dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.