Şüvəlanda açıq ərazidə yanğın başlayıb
02 oktyabr 2022 15:33 (UTC +04:00)

Şüvəlanda açıq ərazidə yanğın başlayıb

Şüvəlan qəsəbəsində açıq ərazidə yanğın başlayıb.

Lent.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində açıq ərazidə məişət tullantılarının yanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

# 1347
avatar

Oxşar yazılar