Sumqayıtda tələbənin intihar etdiyi məlum olub.
Lent.az xəbər verir ki, ilkin məlumata görə, Fuad İsmayılov özünü binadan atıb.
Hadisənin dəqiq səbəbləri aparılan araşdırmaların sonunda məlum olacaq.
***
Saat 17:36
Sumqayıtda 7-ci mərtəbədən yıxılan tələbə avtomobilin üzərinə düşüb.
Lent.az həmin avtomobilin videosunu təqdim edir:
***
saat 16:51
Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayonda qeydə alınıb.
Fuad Şirin oğlu İsmayılov yaşadıqları bınanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
F. İsmayılov universitet tələbəsi olub.