Sumqayıtda məktəbli  itkin düşdü   - YENİLƏNİB
20 sentyabr 2022 23:06 (UTC +04:00)

Sumqayıtda məktəbli itkin düşdü - YENİLƏNİB

0

Sumqayıtda itkin düşən məktəbli, 2010-cu il təvəlllüdlü Nihat Pənahlı tapılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə N. Pənahlının yaxınları məlumat verilib.

Bildirilib ki, 12 yaşlı məktəbli şəhərin 6-cı mikrorayon ərazisindən tapılıb.

Xatırladaq ki, yeddinci sinif şagirdi günorta saat 13-14 radələrində dərsdən çıxdıqdan sonra evə qayıtmayıb.

Qeyd edək ki, o, Sumqayıt şəhər 1 nömrəli orta məktəbin şagirdidir.

***

Saat21:40

Sumqayıt 1 saylı orta məktəbin şagirdi Nihad Pənahlı itkin düşüb.

Lent.az xəbər verir ki, yeddinci sinif şagirdi günorta saat 13-14 radələrində dərsdən çıxdıqdan sonra evə qayıtmayıb.

Məktəblini görənlərdən polisə məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3832

Oxşar yazılar