Sumqayıtda köşk və yanındakı iki maşın yandı
15 dekabr 2021 09:10 (UTC +04:00)

Sumqayıtda köşk və yanındakı iki maşın yandı

0

Sumqayıtda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, şəhər ərazisində ümumi sahəsi 30 m² olan taxta konstruksiyadan ibarət köşk, yaxınlıqda dayanan “КамАZ” markalı yük avtomobilinin salon hissəsi və qismən təkərləri yanıb, yüksək temperaturdan “ZİL” markalı yük avtomobilinin təkərləri qismən qarsalanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1879

Oxşar yazılar