Sumqayıtda kişi hündürlükdən yıxılaraq ölüb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə “Qurd dərəsi”ndə baş verib.
1962-ci il təvəllüdlü Adıgözəlov Semur Dadaş oğlu öz yaşadığı evdə kamera düzəltmək üçün ikinci mərtəbəyə çıxıb. Hündürlükdən yıxılan Semur Adıgözəlov hadisə yerində ölüb.
Fakt araşdırılır.