Yanvarın 29-da Sumqayıtda intihar edən kişi ilə bağlı yeni fakt üzə çıxıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, araşdırmalar zamanı Yaşar İbrahim oğlu Kərimovun boğazını kəsərək özünü öldürdüyü məlum olub.
Y.Kərimov spirtli içki aludəçisi olub və əvvəllər psixi xəstəlikdən müalicə alıb.
***
29 yanvar, saat 14:20
Sumqayıtda intihar hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə şəhərin Xəzər bağları yaşayış massivində qeydə alınıb.
Orada yaşayan, 1978-ci il təvəllüdlü Yaşar İbrahim oğlu Kərimov evində özünü bıçaqlayıb.
Nəticədə ağır xəsarətlər alan Yaşar İbrahimov ölüb.
Faktla bağlı araşdırma aparılır.