Rusiyanın Kalmıkiya Respublikasının paytaxtı Elistada məhkəmə azyaşlını döyərək öldürən 16 yaşlı yeniyetmə barəsində həbs-qətimkan tədbiri seçib.
Lent.az-ın yerli KİV-ə istinadla məlumatına görə, müəyyən edilib ki, yeniyetmə fevralın 11-də 8-ci mikrorayonda yerləşən mənzildə dostları ilə birlikdə içki qəbul edib. Ziyafət zamanı onunla başqa bir yeniyetmə arasında mübahisə yaranıb və o, dostunun başına iki zərbə endirib.
Zərərçəkmiş aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. Hadisəni törədən şəxsə qarşı “Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma” maddəsi ilə cinayət işi açılıb.