Şirvanda batan kişinin meyiti Salyanda tapılıb.
Lent.az xəbər verir ki, Kür çayının Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində batan Şirvan sakini, 72 yaşlı Piriyev Əli Məstan oğlunun meyiti Salyan rayonu ərazisində tapılaraq sudan çıxarılıb.
***
3 may, saat 16:52
Kür çayında batan şəxsin kimliyi məlum olub.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, Şirvan sakini, 72 yaşlı Piriyev Əli Məstan oğlu Kür çayının Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində batıb.
Axtarışlar davam edir.
***
16:27
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Lent.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.