Şanlıurfada 16 yaşlı Yakup Kaçar silahla zarafat edən həmyaşıd dostu M.C.nin əlindəki tapançadan atəş açılması nəticəsində sinəsindən güllə yarası alıb.
Lent.az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə səhər saatlarında Dağyani rayonunda baş verib. M.C. dostu Yakup Kaçarın evinə qonaq gedib. Görüşdükləri evin bağçasında M.C. zarafat məqsədilə əlindəki silahı Yakup Kaçara doğru tuşlayıb.
Bu vaxt tapança açılıb və güllə Kaçarın sinəsinə dəyib. Qanlar içində yerə yıxılan Yakup Kaçar qonşuların xəbəri üzərinə ünvana gələn sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb.
Kaçarı həkimlərin müdaxiləsinə baxmayaraq Kaçarın həaytını xilas etmək mümkün olmayıb. Hadisədən sonra M.C. saxlanılıb.