Model, televiziya aparıcısı Razi Əliyeva sevgilisi Ziya Hüseynzadə tərəfində döyülməsi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayıb. Model iddia edir ki, ötən gecədən sevgilisi ona və ailəsinə qarşı zorakı hərəkətlər, təhqir və tənqid edici sözlər ünvanlayır.
Daxili İşlər Nazirliyi (DİN) model Razi Əliyevanın sevgilisi tərəfindən döyülməsi iddialarına münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, nazirlik yayılan görüntülərdən məlumatlıdır.
“Araşdırma aparılır. Əlavə məlumat veriləcək”, - DİN rəsmisi vurğulayıb.