Sevgililərinin sayı ilə öyünən  oğlan ölkədən qovulur
06 iyul 2023 17:57 (UTC +04:00)

Sevgililərinin sayı ilə öyünən oğlan ölkədən qovulur

Rusiyada qızları alçaldan türkiyəli tələbə ölkədən deportasiya edilə bilər.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, tələbənin əməli təsdiqlənərsə o, ömürlük Rusiyadan qovulacaq.

Məlumatda bildirilir ki, Volqoqradda oxuyan 24 yaşlı Əhməd adlı tələbə onunla görüşməkdən imtina edən yerli qızlara səsli mesajlar göndərib. O, həmin mesajda Rusiyada yaşadığı səkkiz il ərzində ölkənin qadın əhalisinin yarısı ilə cinsi əlaqədə olmağı bacardığını bildirib. Türkiyə vətəndaşının sözlərinə görə, rus qızları həmyerlisi olan qızlardan daha əlçatandır.

Tələbəyə qarşı kütləvi şikayətlər daxil olub, lakin indiyədək onunla universitetdə ancaq profilaktik söhbət aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2265
avatar

Oxşar yazılar