"Sən qarışma, nə deyilir onu da et" - "Şlyapa Zahid"in  məhkəməsi
19 dekabr 2024 09:12 (UTC +04:00)

"Sən qarışma, nə deyilir onu da et" - "Şlyapa Zahid"in məhkəməsi

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin, Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Vaxtilə "AtaBank"da çalışmış şahid Şəhla Abdurəhmanova ifadəsində bildirib ki, kredit müqaviləsini müvafiq şöbə təsdiqlədikdən sonra imzalayıb: "Kredit verildikdən sonra müştəri yaxınlaşır, müqaviləni imzalayır. Müqavilənin məbləği 10 mindən yüksək olarsa, komissiya şöbəsində yoxlama keçirilir. Şöbənin əməkdaşları müqaviləyə əsasən, protokol və çıxarış hazırlayır, müqaviləni şöbə müdiri imzalayır. Protokol və çıxarış bizə çatdıqdan sonra müqaviləni təsdiqləyirik. "Şahin-CO" şirkəti ilə olan müqaviləni dəqiq xatırlayıram. Çünki, kreditin məbləği 40 milyona yaxın olub. Dəqiqliyi ilə məbləği xatırlamıram. Xəbər saytlarından oxumuşam, "Şahin-CO" şirkətindən müqaviləni imzalayan kimi Zahid Niftəliyev qeyd olunub. Mən şəxsən müştəri ilə görüşmədiyim üçün onu görməmişəm, tanımıram. "Şahin-CO" şirkəti üçün də protokol və çıxarışı olub. Sonra şirkətin cari hesabına kredit köçürülüb. Səlahiyyətli nümayəndə kimi mən və idarə heyətinin sədri Dəyanət Quliyev həmin müqaviləni imzalayıb. Müşahidə şurasının sədri protokol və çıxarış hazırlandıqdan sonra müqaviləni imzalamaq səlahiyyətini mənə verib".

Dövlət ittihamçısı bildirib ki, şahidin ibtidai istintaqda verdiyi ifadə ilə hazırda dedikləri arasında ziddiyət var. Buna görə də, şahidin ibtidai istintaqa verdiyi ifadə elan olunub.

Məlum olub ki, "Şahin-CO" şirkəti kredit verilən gün təsis olunub. Şahid bunu idarə heyətinin sədri Dəyanət Quliyevə dediyini bildirib. Ona "Sən qarışma, nə deyilir onu da et" cavabı verilib. Müqaviləni Zahid Niftəliyev, Dəyanət Quliyev və Ş.Abdurəhmanova imzalayıb.

Şahid ifadəsini təsdiq edib, lakin Zahid Niftəliyevi gördüyünü xatırlamadığını əlavə edib. Proses yanvarın 15-də davam etdiriləcək.

Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, Z. Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “ATABank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “Ata Bank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “Ata Bank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb./APA 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2509

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15