Şəmkirdə 11 nəfərin zəhərləndiyi restoran  bağlandı
16 iyul 2026 11:13 (UTC +04:00)

Şəmkirdə 11 nəfərin zəhərləndiyi restoran bağlandı

0

Dünən Şəmkirdə 11 nəfər zəhərlənib. 

Lent.az xəbər verir ki, onlardan doqquzu qadın, ikisi kişi olub.

AQTA-dan Lent.az-a bildirilib ki, Şəmkirdə baş verən hadisəni nəzarətə götürüb:

"Şəmkirdə baş verən qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qazax-Tovuz regional bölməsi araşdırmalara başlayıb.

AQTA-ya daxil olan məlumata əsasən, şəxslərə müvafiq tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş hesab edilərək evə buraxılıblar. Araşdırmalar zamanı hadisənin Şəmkir rayonunun Kür qəsəbəsində fəaliyyət göstərən "Narın qala" restoranında baş verdiyi müəyyən olunub. AQTA əməkdaşları tərəfindən restoranın fəaliyyəti müvəqqəti dayandırılıb, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar