Şəkidə kişini  ilan sancdı:   Reanimasiyadadır
24 may 2023 19:39 (UTC +04:00)

Şəkidə kişini ilan sancdı: Reanimasiyadadır

0

Şəkidə 54 yaşlı kişini ilan sancıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Zunud kəndində baş verib. Kənd sakini Namiq Nadir oğlu Qurbanov özünə məxsus torpaq sahəsində təsərrüfat işləri aparan zaman ərazidə olan ilan onun sol əlindən sancıb.

Namiq Qurbanov yaxınlarının köməkliyi ilə ŞəkirRayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Ona xəstəxanada lazımi tibbi yardım göstərilib, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2274

Oxşar yazılar