Şəkidə piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, dekabrın 25-i saat 12 radələrində Şəki şəhəri ərazisində sürücü İlqar Əliyev idarə etdiyi “JAC” markalı yük avtomobili ilə piyada, 1935-ci il təvəllüdlü Mərdanov Paşa Hümmət oğlunu vurub.
Xəstəxanaya yerləşdirilən piyadaya tibbi yardımlar göstərilməsinə baxmayaraq vəfat edib.
Araşdırma aparılır.