Şəkidə ağır qəza
27 avqust 2023 16:01 (UTC +04:00)

Şəkidə ağır qəza

Şəkidə minik avtomobili ağaca çırpılıb, iki nəfər xəsarət alıb.

Lent.az-ın məlumatına görə, hadisə bu gün səhər saat 09.00 radələrində Şəki-Qax avtomobil yolunun Şəki rayonu İncə kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayon sakini Nəsimi Elçin oğlu Novruzov “VAZ2107”  10-VD-415 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı avtomobildə olan iki sərnişin -  rayonun İnçə kənd sakini 1965-ci il təvəllüdlü Neymət Nüyvər oğlu Cumazadə və rayonun Zunud kənd sakini 1991-ci il təvəllüdlü Tural Cəmil oğlu Qədirov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Qəza zamanı sərnişinlərdən Tural Qədirov avtomobildə sıxılmış vəziyyətdə qalıb. T. Qədirov əraziyə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq həkim briqadasına aidiyyəti üzrə təhvil verilib. Nüyvər Cumazadə və Tural Qədirov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Müalicələri xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Vüqar Heydərov

# 2838
avatar

Oxşar yazılar