"Şamaxinka"da maşın yandı,  yolda sıxlıq yarandı
07 iyul 2026 20:37 (UTC +04:00)

"Şamaxinka"da maşın yandı, yolda sıxlıq yarandı

0

Bakının Binəqədi rayonunda, Bakı–Sumqayıt şosesində avtomobillərdən birində yanğın baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, hadisə "Şamaxinka" tunelindən çıxış hissəsində qeydə alınıb.

Yanğın səbəbindən həm "Xırdalan" dairəsi, həm də metronun "20 Yanvar" stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 205

Oxşar yazılar