ABŞ-ın Las-Veqas şəhərində orta məktəbdə oxuyan 16 yaşlı yeniyetmə müəlliməsinə hücum edərək onu öldürməyə və zorlamağa cəhd edib.
Lent,az-ın xarici mediaya istinadla xəbərinə görə, hadisə ötən ilin aprelində baş verib. Həmin vaxt 16 yaşı olan Conatan Martines Qarsiya sinifdə müəllimə hücum edib. O, onu kəndirlə boğub, sonra başını masaya elə çırpıb ki, huşunu itirib. Hücum zamanı o, "müəllimləri sevmədiyini" deyib.
Qadın özünə gələndə şalvarsız və alt paltarı olmadığını görüb.
Qadın polisə bildirib ki, yeniyetmə onun üzərinə ağır kitab rəfini yıxıb və üstündə oturub. Sonra onun biləyini kəsməyə başlayıb və qışqırıb: "Nə vaxt öləcəksən?"
Qarsiya məktəbdən qaçıb, lakin bir neçə saat sonra həbs olunub.
Vəkili təqsirləndirilən şəxsin davranışını əsaslandıraraq bildirib ki, o, guya bir gün əvvəl astma dərmanı qəbul edib və “onun halüsinasiyalar görməsinə səbəb ola biləcək əks təsiri ola bilərdi”.
Yeniyetmə həbs cəzasına məhkum edilib.