Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaragüney kəndində qeydə alınıb.
"Hyundai" markal avtomobil yolu keçən Qaragüney kənd sakini, 1957-ci il təvəllüdlü Məmmədov Tofiq Heybət oğlunu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.