Sabirabadda  QƏZA:   Ölən var
28 iyun 2023 02:48 (UTC +04:00)

Sabirabadda QƏZA: Ölən var

1

Sabirabadda üç gün əvvəl qəzada xəsarət alan sərnişin xəstəxanada ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, iyunun 25-də Sabirabad rayonunun Bulduğ kəndində "VAZ 2106" markalı avtomobil traktorla toqquşub.

Nəticədə minik maşınında olan Bulduq kənd sakinləri, 1986-cı il təvəllüdlü Əliyev Tural Vahid oğlu və sürücü, 1977-ci il təvəllüdlü Musayev Ramin İsmət oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq, ağır kəllə-beyin travması alan Əliyev Tural Vahid oğlu gecə saatlarında xəstəxsnanın reanimasiya şöbəsində ölüb.

Faktla bağlı araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2483

Oxşar yazılar