Sabiq MTN polkovniki həbs edildi
29 dekabr 2021 10:55 (UTC +04:00)

Sabiq MTN polkovniki həbs edildi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki Bahadur Qocayev həbs edilib.

Lent.az-ın məlumatına görə, sabiq MTN polkovnikinə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsilə ittiham verilib. Həmin ittiham əsasında aparılan cinayət işinin ibtidai istintaqı başa çatıb. Toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim İradə Həsənzadənin icraatına verilib.

Qeyd edək ki, mediada yayılan məlumatlara görə, Bahadur Cəfərov da MTN ləğv edildikdən sonra qurumdan çıxarılıb. Daha sonra o, Lənkəran Dövlət Universitetində prorektor vəzifəsində çalışıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3786
avatar

Mehman Nəbiyev

Oxşar yazılar