Sabiq məmur POLİSLƏ DALAŞDI:  həbs edildi
06 iyun 2023 14:20 (UTC +04:00)

Sabiq məmur POLİSLƏ DALAŞDI: həbs edildi

0

Lənkəran şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Xalid Rəhimov avtomobil idarə edərkən təhlükəsizlik kəməri taxmadığı üçün saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata əsasən, hadisə iyunun 3-ü axşam saatlarında baş verib. Təhlükəsizlik kəməri taxmadan "Mercedes" markalı avtomobilini idarə edən sabiq müavin Lənkəran şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları onun içkili olmasından şübhələnərək müayinə etmək istəyiblər. Bu zaman Parakənd kənd sakini Xalid Rəhimov onlara müqavimət göstərib. Buna görədə X. Rəhimov polis idarəsinə aparılıb.

Onun barəsində məhkəmənin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Lent.az-a bildirdi ki, faktla bağlı cinayət işi başlanılıb:

“Cinayət işi istintaqının davam etdirilməsindən ötrü toplanmış material aidiyyəti üzrə Lənkəran rayon Prokurorluğuna göndərilib”.

Qeyd edək ki, Xalid Rəhimov 2021-ci ildə səhhətində problem olduğu üçün tutduğu vəzifədən uzaqlaşdırılmasını istəyib. O, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3260

Oxşar yazılar