Saatlı sakinini ürəyindən bıçaqlayıb  öldürdülər
22 mart 2026 22:51 (UTC +04:00)

Saatlı sakinini ürəyindən bıçaqlayıb öldürdülər

0

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Saatlı rayonunun Fətəlikənd kəndində qeydə alınıb.

Fətəlikənd kənd sakini, Söhbətov Rizvan Məmmədağa oğlu mübahisə zəminində Abdullayev Rövşən Sədyar oğluna bıçaqla xəsarət yetirib.

Ürək nahiyəsindən xəsarət alan R. Abdullayev Saatlı rayon mərkəzi xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2124

Oxşar yazılar