Rusiyanın Voronej vilayətinin Povorinski rayon Məhkəməsi 29 yaşlı azərbaycanlı Eltun Əhmədovu 11 il azadlıqdan məhrum edib.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Povorinski şəhərində yaşayan Əhmədov narkobaron kimi tanınırmış.
O, özü də narkotik maddələrdən istifadə edirmiş.
Əhmədov yerli sakinlərdən birinə marixuana satanda yaxalanıb. Onun kirayə qaldığı evdə külli miqdarda narkotik maddə tapılıb.
Eltun Əhmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.