Rusiya azərbaycanlı qadını casus damğası ilə  HƏBS ETDİ - VİDEO
28 avqust 2025 13:38 (UTC +04:00)

Rusiya azərbaycanlı qadını casus damğası ilə HƏBS ETDİ - VİDEO

Rusiyanın Ryazan vilayətində məhkəmə dövlətə xəyanətdə təqsirli bilinən 55 yaşlı qadına beş il həbs cəzası verib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Azərbaycan əsilli qadının casusluq etdiyi iddia olunub.

İttihama görə, qadın Ukraynanın hərbi kəşfiyyatı ilə əməkdaşlıq edib və məqsədyönlü şəkildə Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı istifadə oluna biləcək məlumatları əldə etməyə cəhd göstərib.

Qeyd edək ki, bir neçə gün əvvəl də Federal Təhlükəsizlik Xidməti azərbaycanlı kişini casusluq iddiası ilə həbs edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 766

Oxşar yazılar