Qayda pozulan restoran
01 dekabr 2021 11:52 (UTC +04:00)

Qayda pozulan restoran

Restoran sahibi toya görə ikiqat ziyana düşdü

Şamaxıda restoran sahibi barəsində cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, yoxlamalar zamanı “Turist” restoranına baxış keçirilən zaman təşkil edilən toy mərasimi barədə məlumatların portalda qeydiyyatdan keçirilmədiyi, masalararası məsafənin gözlənilmədiyi, eləcə də xidmət personalının tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.

Karantin rejimi tələblərinin pozulması ilə əlaqədar obyekti sahibi Həsən Allahverdiyev barəsində Şamaxı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, həmin obyektdə bir müddət öncə də qayda və tələblərə laqeyd yanaşıldığından restoranı işlədən şəxs 4000 manat məbləğində cərimə edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 52794
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21