Türkiyədə rejissor zorlamada ittiham olunur.
Lent.az yerli mediaya istinadla bildirir ki, rejissor O.İ. sosial şəbəkədə İ.B. adlı gənc qızla tanış olub. Bir müddət onlar ancaq burada söhbət ediblər. Bir gün qız O.İ.-nin dəvəti ilə onun İstanbulda Bebekdə olan evinə gəlib. Qızın iddiasına görə, birlikdə spirtli içki içiblər, daha sonra aralarında yaxınlıq yaranıb. Onun etirazına baxmayaraq, rejissor cinsi təcavüz edib.
Ancaq O.İ. iddianı rədd edib və qızın öz istəyi ilə cinsi əlaqədə olduqlarını deyib. O, həmçinin əlavə edib ki, hamilə qalacağını dedikdən sonra qız əsəbiləşərək, onu vurub və evdəki əşyaları qırıb. Buna görə də maddi və mənəvi zərər görən tərəfin məhz özü olduğunu dilə gətirib.
Məhkəmənin qərarı ilə O.İ. həbs edilib. Araşdırma davam edir.