Rayonda yasa gələnlər karantin qaydalarını pozdular
19 aprel 2021 11:59 (UTC +04:00)

Rayonda yasa gələnlər karantin qaydalarını pozdular

Saatlı rayon Polis Şöbəsinin əməkdaşları rayonun Fətəlikənd  kəndindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyi aşkar ediblər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib. Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.

Polis əməkdaşları mərasimin təşkilatçısı barəsində qanunamüvafiq tədbir görüb.

# 1407
avatar

Oxşar yazılar