Kürdəmir rayon ərazisindəki 2 evdən pul, mobil telefon və 5340 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları oğurluqda şübhəli bilinən Atakişili kənd sakini, əvvəllər məhkum olunmuş İ.Məlikovu saxlayıb.