Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirovun həbsinin təfərrüatları məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, E.Əmirov ötən həftə “Bandotdel” tərəfindən saxlanılıb. Onun barəsində çoxsaylı şikayətlər olub.
Şikayətlər əsasən E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlıdır. İddia olunur ki, o, pul ilə işə adam düzəldirmiş.
Lakin E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.
Əldə etdiyimiz daha bir məlumata görə isə E.Əmirov barəsində artıq məhkəmə qərarı da var.
Belə ki, məhhkəmənin qərarı ilə E. Əmirov barəsində 30 sutka həbs qərarı çıxarılıb.
***
saat 12:09
Lent.az-ın əldə etdiyi məlumata görə, Eldar Əmirov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Lent.az-a faktı təsdiqləyib.
O bildirib ki, idarəyə Eldar Əmirov barəsində şikayət daxil olub və o, araşdırma məqsədi ilə saxlanılıb.
Hazırda araşdırmalar davam etdirilir.