Rusiya Qvardiyasının yüksək rütbəli əməkdaşı Pyatiqorskda özünə məxsus “Mercedes-Benz” markalı avtomobilində böyük qəza törədib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Milli Qvardiyanın Şimali Qafqaz Dairəsi üzrə bölmələrindən birinin rəisi, polkovnik Stepanov ağ rəngli “Mercedes-Benz” markalı avtomobili ilə xidmətdən qayıdırkən baş verib. Onun avtomobili Ermolov küçəsində idarəetməni itirərək yüksək sürətlə “Toyota Land Cruiser” markalı avtomobilə çırpılıb. Zərbə təsirindən “Toyota” qarşıdan gələn digər nəqliyyat vasitələrinə çırpılıb.
Qəza nəticəsində bir neçə nəfərin yaralandığı qeyd edilir. “Mercedes-Benz”in sürücüsü tibbi müayinəyə göndərilib və nəticədə qanda 0,67 ppm spirt aşkar edilib.