Bakının Səbail rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Mixail Lomonosov küçəsində baş verib.
1975-ci il təvəllüdlü Abışov Davud Mobil oğlu qonşuluğunda yaşayan şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb.
Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.