Ufada məşqçi şagirdləri zorlamaqda ittiham olunur.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, şagirdlərə cinsi təcavüz etməkdə şübhəli bilinən dağ xizək idmanı üzrə olimpiya ehtiyatları uşaq məktəbinin məşqçisini saxlanılıb.
Məlumata görə, zərərçəkmişlər 9 və 5-ci siniflərdə oxuyan iki bacıdır. Qızlar 58 yaşlı məşqçinin onlara nalayiq hərəkətlər etmələri barədə analarına şikayət ediblər.
Məşqçi saxlanılıb və əməlini etiraf edib. Ona qarşı nalayiq hərəkətlərə və seksual xarakterli zorakılıq hərəkətlərinə görə cinayət işi açılıb.
Qeyd edək ki, o, 20 ilə yaxın uşaqlarla işləyib.