Qısqanc kişi içində arvadı və dostları olan evi yandırdı
05 iyun 2024 15:29 (UTC +04:00)

Qısqanc kişi içində arvadı və dostları olan evi yandırdı

Rusiyanın Tver vilayətinin Rjevski rayonunun sakini həyat yoldaşının dostlarını qısqandığı üçün evi yandırıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, hadisə mayın 6-na keçən gecə Dunidovo kəndində baş verib. Kişi arvadının və iki dostunun olduğu evi yandırmağa çalışıb.

Qısqanclıq və düşmənçilik zəminində kişi eyvanda alışqanla əşyaları yandırıb. Alovun evi yandıracağına əmin olduqdan sonra gözdən itib. Onun arvadı və iki kişi yanan evin pəncərəsindən qaça biliblər.

Yanğın törədən şəxs saxlanılıb və barəsində cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2538
avatar

Oxşar yazılar