Qəbələdə maşın yoldan çıxıb qəza törətdi, ölən var
11 mart 2024 09:20 (UTC +04:00)

Qəbələdə maşın yoldan çıxıb qəza törətdi, ölən var

Qəbələ-Ağdaş yolunda yol-nəqliyyat hadisəsi baş verib. 

Lent.az-ın məlumatına görə, hadisə Qəbələ-Ağdaş avtomobil yolunun Ağdaş rayonu, Dəhməxəlil kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin ərazidə Ağdaş şəhər sakini Mürsəl Əliyev “VAZ-2104” minik markalı avtomobillə idarəetməni itirib. O, qarşı hərəkət zolağına çıxaraq əvvəlcə yol kənarındakı ağaca, daha sonra isə dayanmış vəziyyətdə olan “Tatra” yük markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin Ceyhun Qəhrəmanov ölüb. Sürücü Mürsəl Əliyev isə müxtəlif dərəcəlo bədən xəsarətləri alıb.

Faktka bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4203
avatar

Arzu Qurbanlı

Oxşar yazılar