Qəbələdə maşın 9 yaşlı uşağı vurub öldürdü
12 oktyabr 2024 17:57 (UTC +04:00)

Qəbələdə maşın 9 yaşlı uşağı vurub öldürdü

Oktyabrın 12-də saat 16 radələrində Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonunun Aydınqışlaq kəndi ərazisindən keçən hissəsində Təbib Təbibov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən piyada, 9 yaşlı H.İsmayılovu vurub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522
avatar

Oxşar yazılar