“Qazi” sərxoş olub bunları etdi - Daha bir fırıldaqçı -VİDEO
17 yanvar 2022 19:46 (UTC +04:00)

“Qazi” sərxoş olub bunları etdi - Daha bir fırıldaqçı -VİDEO

Yanvarın 14-də  "Tik-Tok" sosial şəbəkəsində "Qazini təhqir etdilər, bu da sonu" başlığı ilə bir nəfərin "Khazar" markalı avtomobilin şüşələrini sındırmasını əks etdirən görüntülər yayılıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılıb.

Müəyyən edilib ki, həmin şəxs Bakı şəhər sakini, 35 yaşlı Anar Məmmədovdur. O, şüşələrini sındırdığı avtomobili  "Azərmaş" ASC-dən lizinq müqaviləsi əsasında almasına baxmayaraq son 7 ay ərzində ödəniş etmədiyi üçün etibarnaməsi ləğv edilib və yanvarın 11-də yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitəsi saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib.

"Azərmaş" ASC tərəfindən vətəndaş Anar Məmmədova etibarnamə verilmədiyindən tərəflər arasında mübahisəli vəziyyət yaranıb. Yanvarın 13-də A.Məmmədov sərxoş halda duracağa gələrək avtomobilin şüşələrini sındırmaqla nəqliyyat vasitəsinə 4.090 manat dəyərində maddi ziyan vurub.

Hazırda faktla bağlı idarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanılaraq araşdırma aparılır. Həmçinin müəyyən edilib ki, Anar Məmmədov özünü qazi kimi təqdim etsə də o, ümumiyyətlə müharibə iştirakçısı deyil və heç bir döyüş əməliyyatında iştirak etməyib. Belə ki, o, 2020-ci il sentyabrın 30-da qismən səfərbərliyə cəlb edilərək hərbi hissələrdən birinə əsgər kimi göndərilib, lakin 6 gündən sonra orada avtomaşından yıxılaraq xəsarət aldığı üçün ordu sıralarından tərxis olunub.

(Milli.az)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2523
avatar

Oxşar yazılar