Qazaxda Türkiyə vətəndaşı yanıb.
Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun “Qırmızı Körpü” adlan ərazisində qeydə alınıb.
1964-cü il təvəllüdlü Yaşar Gənc bədənin müxtəlif hissələrinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, Y.Gənc benzini alışqanla yandıran zaman ehtiyatsız davranıb.