Qax rayonunda yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə bu gün 17 radələrində Qax-Qorağan avtomobil yolunda, Əmircan kəndi ərazisində baş verib. Rayonun Turaclı kənd sakini 25 yaşlı Günay Hüseynovanın idarə etdiyi “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə avtomobildə olan iki ay yarımlıq körpə aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Sürücü G. Hüseynova və iki yaşlı qız övladı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.