Qanunsuz mühacir yük qatarında kömürün içərisində gizlənərək Rusiya sərhədini keçməyə cəhd edib.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, sərhəd xidməti qaçan şəxsi aşkar edərək Altay diyarında saxlayıb.
Məlumata görə, 34 yaşlı qazax qonşu ölkənin ərazisində sərhədçilərdən yaxa qurtarmaq üçün Qazaxıstandan qatarla Rusiyaya getmək istəyib.
Kulunda keçid məntəqəsində gömrük nəzarəti zamanı kömür yükünün altında qeyri-qanuni mühacir aşkar edilib. Məlum olub ki, həmin şəxs axtarışda olduğundan ona ölkədən çıxmağa icazə verilməyib.
Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz keçdiyinə görə qanunsuz miqrantı Rusiya həbsxanasında 4 il cəza gözləyir.