Sumqayıtda zavod qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Betonzavod adlanan ərazidə şirkətlərdən birinin anbarından 3 ədəd qaynaq aparatı, 2 ədəd taxta yonan dəzgah və digər texniki avadanlıqları oğurlanıb.
Bu barədə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Fərid Hacıyev, Vüqar Ağayev və qardaşı Vahid müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.