Qardaşını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı -YENİLƏNİB
30 noyabr 2022 08:37 (UTC +04:00)

Qardaşını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı -YENİLƏNİB

Şəmkir rayon Polis Şöbəsinə rayonun Kür qəsəbə sakini Anar Babayevin daxilə keçməyən bıçaq xəsarəti alması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən qardaşı, 1982-ci il təvəllüdlü Yaşar Babayev saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
 

***

07.49

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına  görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

1978-ci il təvəllüdlü Anar Babayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməmliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. 

Məlumata görə A.Babayev qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır. 
 

# 2346
avatar

Oxşar yazılar