Cəbrayıl rayon Polis Şöbəsinin əməkdaşları Cocuq Mərcanlı kəndi ərazisindəki nəzarət postunda “Shacman” markalı nəqliyyat vasitəsinə “saxla” işarəsi verildiyini aşkar ediblər.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, nəzarət qaydasına uyğun olaraq nəqliyyat vasitəsinə baxış keçirilib və yük yerindən 10 tona yaxın metal qalıqları aşkar edilib.
Faktla əlaqədar Kəlbəcər rayon sakini Qərib Bayramov və Füzuli rayon sakini Namiq Səfərli saxlanılıblar. Məhkəmənin qərarı ilə Q.Bayramov 10, N.Səfərli 8 sutka müddətinə inzibati qaydada həbs ediliblər.