Qanunsuz tikintinin qarşısı belə alındı-VİDEO
06 avqust 2023 12:01 (UTC +04:00)

Qanunsuz tikintinin qarşısı belə alındı-VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Lent.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, Oğuz rayonu, Mollalı kəndində vətəndaşa məxsus pay torpağında müvafiq qurumlarla razılaşdırılmadan qanunsuz tikinti faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və obyekt nəzarətə götürülüb.

Oğuz rayonunda qanunsuz tikinti

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2864

Oxşar yazılar