Qadın silsilə oğurluqlar etmək üçün 9 dəfə evləndi
22 may 2026 16:34 (UTC +04:00)

Qadın silsilə oğurluqlar etmək üçün 9 dəfə evləndi

0

Hindistanda qadın doqquz dəfə evlənib, hər ərinin də pul və zinət əşyalarını oğurlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, sonuncu zərərçəkən Yoqeş Şindenin sözlərinə görə, o, yüz minlərlə rupi məbləğində aldadılıb. O bildirib ki, vasitəçilər onu qadınla tanış edib və evlilik təşkil edəcəklərinə söz veriblər. Lakin toy mərasimindən bir neçə gün sonra gəlin vasitəçilərlə birlikdə yoxa çıxıb.

Daha sonra Şinde öyrənib ki, həmin qadın bundan əvvəl artıq səkkiz kişi ilə evlənib və hər dəfə qiymətli əşyaları götürərək qaçıb.

“Məni yüz minlərlə rupi məbləğində aldatdılar. Ədalət istəyirəm”, — deyə zərərçəkən bildirib.

Şinde vurğulayıb ki, ittiham olunan qadının əvvəlki nikahları barədə məlumatı olmayıb və bu fakt ondan gizlədilib. Hazırda polis bölməsinə şikayət təqdim olunub və araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar