Qadın həbsdəki tanışına  gödəkçənin içində   narkotik gətirdi
29 fevral 2024 17:03 (UTC +04:00)

Qadın həbsdəki tanışına gödəkçənin içində narkotik gətirdi

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətdən Lent.az-a verilən xəbərə görə, Məhkum Əfrail Raqin oğlu Əliyevə tanışı Nailə Vidadi qızı Ələkbərovanın gətirdiyi sovqatdakı gödəkçənin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş bükülüdə 0,462 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

# 2199
avatar

Arzu Qurbanlı

Oxşar yazılar